💾 Archived View for gemlog.blue › users › fn › 1622049486.gmi captured on 2021-12-04 at 18:04:22. Gemini links have been rewritten to link to archived content

View Raw

More Information

-=-=-=-=-=-=-

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

Preambula

Bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq;

və insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxardığını və insanların söz və əqidə azadlığına mane olacağı, qorxu və ehtiyaclardan azad olacağı bir dünyanın yaradılmasının insanların ən ali arzusu kimi bəyan edildiyini nəzərə alaraq;

və insanın müstəbidliyə və zülmkarlığa qarsı sonuncu vasitə kimi qiyama əl atmağa məcbur qalmamasını təmin etmək məqsədilə insan hüquqlarının qanun hökmu ilə qorunmasının zəruri olduğunu nəzərə alaraq; və xalqlar arasında dostluq münasibətlərinin inkisafına yardım etməyin zəruri olduğunu nəzərə alaraq;

və Birləşmiş Millətlər Təşkilatına daxil olan xalqların Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərliliyinə, kişi və qadınların huquq bərabərliyinə olan inamlarını təsdiq etdikləri və daha çox azadlıq şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərmək qərarına gəldiklərini nəzərə alaraq;

və üzv ölkələrin, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq əsasında insan hüquqlarına və əsas azadlıqlara hamılıqlı hörmət və riayət edilməsinə yardım göstərməyi öz öhdələrinə göturduklərini nəzərə alaraq; və bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi uçun böyuk əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, BAŞ ASSAMBLEYA bütün xalqların və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələr kimi hazırkı Ümumdunya insan Hüquqları Bəyannaməsini bəyan edir;

bu məqsədlə ki, hər bir insan və cəmiyyətin hər bir qurumu hazırkı Bəyannaməni daim nəzərdə tutaraq, bu hüquq və azadlıqları maarifçilik və təhsil yolu ilə, mütərəqqi milli və beynəlxalq tədbirlər yolu ilə, onların həm Təşkilata üzv olan dövlətlərin xalqları, həm də bu dövlətlərin yurisdiksiyası altında olan ərazilərin xalqları arasında hamılıqla və səmərəli şəkildə qəbul edilməsi

və həyata keçirilməsi yolu ilə hörmət edilməsinə və onların təmin edilməsinə köməklik göstərməyə can atırlar.

MaddÉ™ 1.

Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

MaddÉ™ 2.

Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, anadangəlmə mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlarına və bütün azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər səkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.

MaddÉ™ 3.

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

MaddÉ™ 4.

Heç kim kölə vəziyyətində və ya asılı vəziyyətdə saxlanılmamalıdır: köləliyin və kölə ticarətinin bütün formaları qadağan edilir.

MaddÉ™ 5.

Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.

MaddÉ™ 6.

Hər bir insan, harada olmasından asılı olmayaraq, özünün hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir.

MaddÉ™ 7.

Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər.Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər.

MaddÉ™ 8.

Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqlarının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir.

MaddÉ™ 9.

Heç kəs özbaşınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala bilməz.

MaddÉ™ 10.

Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir.

MaddÉ™ 11.

(1) Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.

(2) Heç kim, törədildiyi zaman milli qanunlara və ya beynəlxalq hüquqa görə cinayət tərkibi daşımayan hər hansı bir əməl və ya fəaliyyətsizlik əsasında cinayət törətməkdə ittiham oluna bilməz. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz.

MaddÉ™ 12.

Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nü-fuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir.

MaddÉ™ 13.

(1) Hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.

(2) Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

MaddÉ™ 14.

(1) Hər bir insan təqiblərdən qurtulmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ-na malikdir.

(2) Bu hüquqdan, əslində Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan qeyri-siyasi xarakterli cinayətlər və ya əməllər törətməyə görə təqiblərdən qurtulmağa çalışılması hallarında istifadə edilə bilməz.

MaddÉ™ 15.

(1) Hər bir insan vətəndaşlıq hüququna malikdir.

(2) Heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

MaddÉ™ 16.

(1) Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər.

(2) Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər.

(3) Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

MaddÉ™ 17.

Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

MaddÉ™ 18.

Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir:bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.

MaddÉ™ 19.

Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtar-maq, almaq və yaymaq azadlığı daxildir.

MaddÉ™ 20.

Hər bir insan dinc yığıncaqlar keçirmək və assosiasiyalar qurmaq hüququna malikdir. Heç kim hər hansı bir assosiasiyaya daxil olmağa məcbur edilə bilməz.

MaddÉ™ 21.

Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.

Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir.

Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapmalıdır.

MaddÉ™ 22.

Cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququ-na və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir.

MaddÉ™ 23.

Hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olun-maq hüququna malikdir.

Hər bir insan, heç bir ayrı-seçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər haqq almaq hüququna malikdir.

İşləyən hər bir insan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edən, ədalətli və qənaətbəxş həcmdə zəruri hallarda isə digər sosial təminat vəsaitləri ona əlavə edilməklə haqq almaq hüququna malikdir.

Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

MaddÉ™ 24.

Hər bir insan, iş gününün səmərəli məhdudlaşdırılması və ödənilən vaxtaşırı məzuniyyət hüququ da daxil edilməklə istirahət və asudə vaxt hüququna malikdir.

MaddÉ™ 25.

Hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir.

Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

MaddÉ™ 26.

Hər bir insan təhsil almaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyələrdə pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Hamının texniki və peşə təhsili almaq imkanı olmalıdır və hər bir insanın qabiliyyəti əsasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı olmalıdır.

(2)Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hü-quqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yö-nəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa yardımçı olmalı və Birləşmiş Millətlər Təşkilatının sülhün qorunub saxlanması ilə bağlı fəaliyyətinə kömək göstərməlidir.

Valideynlər öz kiçik yaşlı uşaqları üçün təhsil növlərini seçməkdə prioritet hüquqa malikdirlər.

MaddÉ™ 27.

Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən həzz almaq, elmi tərəqqidə iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir.

Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir.

MaddÉ™ 28.

Hər bir insan, hazırkı Bəyannamədə ifadə edilən hüquq və azadlıqların tam şəkildə həyata keçirilməsinə şərait yaradan sosial və beynəlxalq idarə üsulu hüququna malikdir.

MaddÉ™ 29.

(1) Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür.

Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir.

Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.

MaddÉ™ 30.

Hazırkı Bəyannamənin heç bir müddəası hansısa dövlətə, insan qrupuna və ya ayrı-ayrı şəxslərə, hazırkı Bəyannamədə ifadə olunan hüquq və azadlıqların ləğv edilməsinə yönəldilən hər hansı bir fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir əməl törətmək hüququnun verilməsi kimi şərh edilə bilməz.

Mənbə: => https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights